ABŞ Rusiya və Çinlə yeni nüvə sazişi bağlamağa hazırlaşır

ABŞ Rusiya və Çinlə yeni nüvə sazişi bağlamağa hazırlaşır
06:37 26 Aprel 2019
91 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ administrasiyası Rusiya və Çinin də iştirakını nəzərdə tutan nüvə silahları üzərində nəzarətə dair saziş layihəsinin hazırlıqları ilə məşğuldur.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.
"Prezident açıq-aydın işarə etdi ki, o, silahlanmaya nəzarətə Rusiya və Çinin də daxil edilməli olduğunu və bütün silahların, döyüş başlıqlarının və bütün raketlərin əlavə edilməli olduğunu hesab edir", - deyə Ağ ev nümayəndəsi bildirib.
Qeyd olunur ki, Amerika prezidenti Rusiya və Çin ilə möhtəşəm nüvə sazişi bağlamaq istəyir ki, bu da onun üçün xarici siyasətdə mühüm nailiyyət ola bilər.
Telekanalın məlumatına görə, təşəbbüs ən erkən mərhələsindədir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-rusiya-ve-cinle-yeni-nuve-sazisi-baglamaga-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR