Kanadada bəndin dağılması təhlükəsi üzündən təxliyə aparılır

Kanadada bəndin dağılması təhlükəsi üzündən təxliyə aparılır
07:43 26 Aprel 2019
95 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Kanadanın Kvebek vilayətində 250-yə yaxın adam bəndin dağılması təhlükəsi ilə əlaqədar təxliyə olunub.

Trend-in məlumatına görə, bənd Monreal şəhərindən 140 km aralıda yerləşib.

"Hydro-Quebec" enerji şirkətinin nümayəndəsi Simob Rasiko deyib ki, bəndin bütövlüyündə əminlik olsa da, təhlükəsizlik protokoluna əsasən insanları təhlükə barədə xəbərdar etmək lazımdır. Rasikonun sölərinə görə, Şut-Bell bəndi Ruj çayında suyun səviyyəsinin yüksək olması səbəbindən artıq dolub: "Biz nə baş verə biləcəyini bilmirik".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3052425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR