Türkiyə kuboku: "Qalatasaray" finala 5 qolla yüksəldi

Türkiyə kuboku: "Qalatasaray" finala 5 qolla yüksəldi
07:57 26 Aprel 2019
118 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" Türkiyə kubokunun finalına yüksəlib. Milli.Az matç.az-a istinadən bildirir ki, yarımfinal mərhələsinin ilk görüşündə "Yeni Malatyaspor"la qolsuz bərabərliyə razılaşan İstanbul təmsilçisi səfərdə böyük hesablı qələbə qazanıb - 5:2.

Fatih Terimin komandası finalda hər iki görüşdə "Ümraniyəspor"u 1:0 hesabı ilə üstələyən "Akhisarspor"la qarşılaşacaq.

Final mayın 16-da Sivas şəhərində baş tutacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/749666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR