Ölkədə bəzi ali məktəblərdə dərslər dayandırıldı - SƏBƏB

Ölkədə bəzi ali məktəblərdə dərslər dayandırıldı - SƏBƏB
10:44 26 Aprel 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

“Formula-1” SOCAR Azərbaycan Qran-prisinin başlaması ilə əlaqədar Azərbaycanın bəzi ali məktəblərinin əsas korpuslarında dərslər dayandırılıb.
 
ONA-nın xəbərinə görə, bunlar Azərbaycan Dövlət Pedaqoji Universiteti, UNEC və Qərbi Kaspi Universitetidir.
 
Hər 3 ali məktəbin mətbuat xidmətlərindən ONA-ya verilən məlumata görə, adıçəkilən universitetlərin əsas korpusları “Formula-1” yarışının keçirildiyi əraziyə düşdüyü üçün tələbələrə bu gün dərsə gəlməmək tapşırılıb.
 
Universitetlərin qalan korpuslarında isə tədris davam edir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312574

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR