Yerli turistlər yazda bu bölgəni seçirlər: Turizm eksperti

Havalar isindikcə yerli turistlər ölkədaxili və xarici ölkələrə istirahət üçün yollanırlar.

Turizm eksperti Əziz Şiriyev Metbuat.az-a açıqlamasında deyib ki, yaz aylarında isti olduğu üçün yerli turistlər daha çox bizim regionlara, əsasən cənub zonasına üz tuturlar. Qış aylarında Şahdağ istiqamətinə müraciətlər çox olur. Qəbələ isə ilin bütün fəsilllərində üz tutulan məkanlardan biridir. Qax, Oğuz, Şamaxı, İsmayıllı, Xalxal, Şəki, Zaqatala, Balakən, Mingəçevir, Gəncə-Göygöl, Masallı, Lerik, Lənkəran, Xızı, İsmayıllı-Lahıca isə yayda hər həftəsonu turlar təşkil olunur.

Turizm eksperti qeyd edib ki, əgər 18 nəfərdən ibarət qrup varsa, həftənin istənilən günü, istənilən bölgəyə tur təşkil etmək olur. Avtobusun yola düşməsi üçün 18 nəfərin olması şərtdir.

Bəs yerli turistlər xarici ölkələrdən hara üstünlük verirlər?

“Yayda turistlər əsasən Türkiyəyə üz tuturlar”-deyə ekspert bildirib. Erkən rezervasiya vaxtı turistlər Antalya, Bodrum, Marmaris, Quş adası istiqamətinə turları alıb 30 faiz ilkin ödəniş edir, uçuşa bir həftə qalmışa qədər pullu hissə-hissə ödəyə bilirlər. Bu yolla turistin həm verdiyi pul gözünə görünmür, həm də 7 gecə, 8 günlük, birbaşa uçuşla, transfer, sığorta daxil, gündə 5 dəfə yeməklə, dəniz kənarında 4-5 ulduzlu oteldə istirahət edib gəlirlər.

Turizm eksperti yayda büdcəsi az olan insanlar üçün avtobusla Gürcüstan, Kapadokya, Trabzon, Rize, Batumi istiqamətinə, 99 -119 dollardan başlayan qiymətlərlə turların təşkil olunacağını bildirib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR