Bakıda silahlı insident – Küçənin ortasında tüfənglə hədələdi

Bakıda silahlı insident – Küçənin ortasında tüfənglə hədələdi
12:03 26 Aprel 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda silahlı incident baş verib.

Publika.az DİN Mətbuat Xidmətinə istinadən xəbər verir ki, aprelin 25-də saat 12 radələrində Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları xidmət apardıqları Ş.Səmədov küçəsində evlərin birinin qarşısında iki nəfərin uca səslə mübahisə etydiyini görərək dərhal ora yaxınlaşıblar. Bu zaman birinin digərini ov tüfəngi ilə hədələdiyindən polis əməkdaşları həmin şəxsi saxlayaraq 34-cü Polis Şöbəsinə təhvil vermişlər.

Araşdırmalarla onun Bakı şəhər sakini Ceyhun Quliyev olduğu müəyyən edilmişdir. Ondan müvafiq sənədləri olan tüfəng götürülmüşdür.

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/276828.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR