Xoşbəxtliyin yaşı yoxdur (FOTO)

Xoşbəxtliyin yaşı yoxdur (FOTO)
10:46 15 Yanvar 2015
215 Digər
Ölkə mətbuatı
A- A+

Xoşbəxtliyin yaşı yoxdur. Bunu rus fotoqraf Vladimir Yakovlevin son iki ildə apardığı işlərlə sübut edib. ANS PRESSin məlumatına görə, o, özlərinə ahıl yaşlarında yeni hobbilər tapan şəxsləri taparaq çəkib.

Buz kraliçası adlandırlan 80 yaşlı Yvonne Dole ciddi qəza keçirib. Bundan sonra həkimlər ona idmanla məşğul olmağı məsləhət görüb. O, isə buzda sürüşməni seçib və yarışlara qatılmağa başlayaıb.

DJ Mama kimi tanınan Rut 68 yaşında b işə başlayıb. Qadın 40 illik ərini itirəndən sonra özünə yeni iş tapıb. O, o qədər məşhurlaşıb ki, İbiza,London,Paris,Nyu York-da 80-dan çox məkanda çıxış edib.

Montserrat Meco 78 yaşında həyatda onu ən çox xoşbəxt edən şeyin paraşütdən tullanma olduğunu tapa bilib. Bundan sonra o təyyarədən tullanmaqla kifayətlənməyib, üzmə, xizək sürmə sahələrində də rekord vurub.

61 yaşlı Qretaya 59 yaşında sümük əriməsi diaqnozu qoyulub. Sümüklərin güclənməsi üçün ona idman məsləhət görülüb. Onun seçimi isə boruda rəqs olub.

Lloyd Kahn skeybordu ilk dəfə sınayanda 65 yaşında idi. Yıxıldı və əlini zədələdi. Sonra dizlik, dəbilqə, dizliklə yenidən sınadı və sevdi. İndi 78 yaşlı kişi bu işi sevərək görür.

90 yaşlı Con Lov həyatı boyunca xəyalını qurduğu baletə 80 yaşında başlayıb. İndi həftədə 3 dəfə məşqə gedir. "Ailəm mən fırlananda çox qorxurlar. Əgər sümüklərim qırılsa toparlanmağım çox çətin olacaq. Amma mən özümü saxlaya bilmirəm".

80 yaşlı Pat Moorhed ad günün eyni yaşdakı həyat yoldaşı ilə paraşütdən tullanaraq qeyd etdi. Bundan sonra cütülük 180 uçuş həyata keçirib.

73 yaşlı Duan Tzinfu ayaqbarmaqlarına belə toxunmaq üçün əyilə bilmirdi. 40 il şüşə fabrikində çalışan kişi bir gün qərar verdi və elastikliyini artırdı. 60 yaşında yoqa dərslərinə başlayan kişi indi istənilən hərəkəti edə bilir.

86 yaşlı Cohanna Quaas gimnastik hərəkətlər etməyə 56 yaşında başlayıb. İndi isə stadionların ulduzu olub.

75 yaşlı dostlar Nina Melnikova və Antonina Kulikova 5 il öncə aikido dərsləri almağa başladılar. Həftədə üç dərslə işə başlayaq qadınlar yaşıl kəmər sahibi olublar.

Paul Fegen həyatını multimilyoneer kimi keçirib. Bir gün o müflüs oldu və hər şeyini itirdi. 78 yaşında qərar verdi və sehirbaz oldu. İndi bu iş sayəsində həyatına davam edir.












RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR