Kimlər ORUC tutmalıdır? - Ramazana az qaldı

Azərbaycanda bu il Ramazan ayı may ayının 6-da başlayır. İslamda Ramazan ayı digər aylardan üstün hesab olunur. Qurani-Kərim də məhz bu ayda - Qədr gecəsində nazil olub.

Oruc tutmaq orqanizmin sağlamlığı deməkdir. Dini ekspert Hacı Fuad Pənahlı Metbuat.az-a açıqlamasında deyib ki, əqli qüsuru olmayan, ağlı başında olan, səfərdə olmayan, həddi-buluğa çatmış hər bir müsəlmana Ramazan ayında oruc tutmaq vacibdir. Səfərdə olanlar, oruc tutmaqla xəstəlikləri şiddətləndirən insanlar tutmaya bilər.

Ekspert bildirib ki, digər aylarda olduğu kimi Ramazan ayında bütün ilahi təkliflərə ciddi riayyət etmək vacibdir. Orucu batil edən şəri və əxlaqi işlərdən çəkinmək lazımdır.

Bir sözlə Peyğəmbər və imamlarımızın buyurduğu kimi orucluqda təkcə mədə yox bütün bədən orqanları, göz, qulaq, dil, qəlb hər bir cəhətdən haramlardan çəkinməli, Allaha daha yaxın olmağa çalışmalıyıq.

Aysel Yaqubqızı / Metbuat.az

Ramazan ayına az qaldı - İftarla bağlı maraqlı açıqlama


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR