DTX və DİN birgə əməliyyat keçirdi - Zaqatalada

Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şimal-qərb regional mərkəzinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirlər zamanı rayonun Kəbəloba kəndi ətrafında yerləşən meşəlik ərazidə şübhəli bağlama aşkar edilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, həmin bağlamaya baxış zamanı onun içərisində bir ədəd “Revolver” tipli tapança, bir ədəd ov tüfəngi 23 gilizlə birlikdə, iki ədəd əl qumbarası, bir ədəd 4,5 mm-lik tapança, 680 ədəd müxtəlif silahlara məxsus güllələr, bir ədəd gecəgörmə cihazı, bir ədəd avtomat patron darağı, bir ədəd idman tapançası 2 patron darağı ilə birlikdə və bir ədəd 9 mm-lik tapança darağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR