“Evdə qalmışam” – Ailə qurmaq istəməyən Aysundan gənc oğlanlara MESAJ - VİDEO – FOTO

ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi Rəqsanə İsmayılovanın qızı müğənni Aysun İsmayılova olub.

Metbuat.az xəbər verir ki, gənc müğənni evdarlığından danışıb:

“Mətbəxlə aram əladır. Hər yeməyi bişirə bilirəm. Xəngəlindən plovuna, dovğasına kimi... Desəm ki, hər gün yemək bişirib ev yığışdırıram, yalan olar. Çünki evimizdə kömək edən xanım və nənəm var. Bir xasiyyətim var ki, evdə heç kim olmasa özüm edəcəm. Amma biləndə ki, onu edən var, o zaman niyə edirəm ki?... Nənəmgil Moskavada olanda hər şeyi özüm edib, sonra işimin dalınca gedirdim. Amma hamı olanda günortaya qədər yatıram. Ən dadlı bişirdiyim döşəmə plov və çığırtmadır. Nənəm öyrədib. Mən 4 il Türkiyədə yaşadım və oradan görüntülü nənəmə yığırdım. Deyirdim, nəyi nəyə qatım, necə edim? Elə elə öyrəndim. Yəni əlimin duzu var”.

Aysun daha sonra hələ ki evlənmək istəmədiyini də dilə gətirib:

“Evdə qalmağına, qalmışam. Elçilərim qapıya düzülməsin hələ ki, ərə getmək istəmirəm”.

Səmra ehtiras dolu şəkilləri ilə gündəmdə - FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR