“Williams” komandasının pilotu sərbəst yürüşü yarımçıq saxladı – Qəza

“Williams” komandasının pilotu sərbəst yürüşü yarımçıq saxladı – Qəza
13:29 26 Aprel 2019
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

“Williams” komandasının üzvü Corc Rassel Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşünü yarımçıq saxlayıb.

Trend-in məlumatına görə, C.Rasselin idarə etdiyi bolid qəzaya uğrayıb.

Bolid dərhal trasdan kənarlaşdırılıb və C.Rassel sərbəst yürüşü dayandırıb.

Xatırladaq ki, Bakıda 26-28 aprel tarixlərində Formula 1 Azərbaycan Qran Prisi keçirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3052692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR