Formula 1 azarkeşləri Bakı bulvarında (FOTO)

Formula 1 azarkeşləri Bakı bulvarında (FOTO)
13:43 26 Aprel 2019
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayıb.

Trend-in məlumatına görə, Qran Priyə tamaşa etmək üçün Azərbaycana gələn azarkeşlər yarış zamanı yaranan fasilələrdən istifadə edərək Dənizkənarı Milli Parkda istirahət edirlər.

Formula 1 yarışını izləmək üçün paytaxtımıza daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.

Bakıda 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

FOTO - Zaur Mustafayev

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3052698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR