"Taliban"ın həbsxanasından 53 nəfər azad edilib

"Taliban"ın həbsxanasından 53 nəfər azad edilib
13:47 26 Aprel 2019
39 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstan təhlükəsizlik qüvvələri "Taliban" radikal hərəkatının həbsxanalarından 53 nəfəri azad ediblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna ölkənin mərkəzi hissəsində, Uruzgan vilayətində aparılmış əməliyyat nəticəsində nail olunub.

Əməliyyat zamanı ən azı 8 silahlı zərərsizləşdirilib. Xilas edilənlərdən 4-ü hərbi qulluqçu, 4-ü isə polis əməkdaşıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/749934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR