Bakıda Formula 1-in birinci sərbəst yürüşü ləğv olunub

Bakıda Formula 1-in birinci sərbəst yürüşü ləğv olunub
13:55 26 Aprel 2019
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisinin birinci sərbəst yürüşü ləğv olunub.

Trend-in məlumatına görə, buna səbəb “Williams” komandasının üzvü Corc Rasselin idarə etdiyi bolidin Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisinin birinci sərbəst yürüşü zamanı kanalizasiya qapağına toxunması olub.

C.Rasselin bolidi trasdan evakuasiya edilib və hadisə yerinə mütəxəssislər cəlb olunub. Mütəxəssislər digər kanalizasiya qapaqlarını da yoxlamağı qərara alıblar.

Elan edilib ki, yürüş davam etdirilməyəcək, çünki Formula 2 üzrə təsnifat turunun başlamasına qədər bütün kanalizasiya qapaqları yoxlanılmalıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3052710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR