10 manatlıq pul nişanlarının adaptasiya prosesinin mayın sonunadək yekunlaşması gözlənilir – AMB sədri

"Yenilənmiş dizayna və mühafizə elementlərinə malik olan 10 manatlıq pul nişanlarının ödəmə terminallarına adaptasiya prosesinin mayın sonunadək yekunlaşması gözlənilir".

Metbuat.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında bildirib. AMB sədri qeyd edib ki, Mərkəzi Bank dizaynı dəyişmədən dövriyyədə olan milli valyutaların modernizasiyası proqramını həyata keçirir: “Burada başlıca məsələ pul nişanlarının müdafiə qabiliyyətinin artırılmasıdır. Bu istiqamətdə olduqca güclü texnoloji yeniliklər var. Bu, bizim 200 manatlıq pul nişanında əksini tapıb, müasir müdafiə qabiliyyəti var”.

Sədr eyni zamanda qeyd edib ki, Azərbaycan bankomatlarının müdafiə səviyyəsi yüksəkdir: “Saxtakarlıq göstəricisində 200 min pulun içərisində 1 ədəd saxta pul düşür. Avropada 30 minə, Rusiyada 130 minə 1 ədəd saxta pul düşür. Biz, saxta pullara qarşı çox güclü mübarizə aparırıq".

Sədr bildirib ki, proses gedir, ancaq müəyyən problemlər var: “Problemlər də texniki məsələlərlə bağlı olur. Yeni müdafiə elementlərini bankomatlarda olan köhnə proqramlar oxuya bilmir. Beynəlxalq təcrübədə də bu var ki, yeni pul nişanlarının 8-10 ay ərzində adaptasiya prosesi gedir. Yeni 10 manatlıq pul nişanlarında da gözlənilir ki, may ayının sonuna qədər bank sektoru, o cümlədən pul nişanlarını qəbul edən qeyri-bank təşkilatları ilə, ötəmə terminalları ilə iş aparırıq ki, mayın sonuna qədər adaptasiya prosesi yekunlaşsın".

Qeyd edək ki, yenilənmiş dizayn və mühafizə elementlərinə malik 10 manatlıq pul nişanı Azərbaycan Mərkəzi Bankı tərəfindən martın 18-də tədavülə buraxılıb.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR