Manatın sabitliyinə təhdid yoxdur – Elman Rüstəmov

“Manatın məzənnəsi dayanıqlıdır, sabitliyinə təhdid yoxdur. Azərbaycanda manata nisbətdə dolların məzənnəsinin qalxması üçün heç bir ilkin şərt yoxdur”.

Metbuat.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu il valyuta satışı ilə bağlı 30-a yaxın hərrac keçirilib: “Tələb və təklif bərabər olub. Hətta Azərbaycan Respublikası Dövlət Neft Fondu biraz geri qalıb. Neftin əlverişli qiyməti manatın qiymətinə ilin sonuna kimi nikbin baxmağa əsas verir”.

Sədr qeyd edib ki, ölkədə real iqitsadi artım 3 faiz olub.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR