Cəbhə bölgəsində yanğın təhlükəsizliyi ilə bağlı seminar keçirildi

Cəbhə bölgəsində yanğın təhlükəsizliyi ilə bağlı seminar keçirildi
14:24 26 Aprel 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Ağdamda yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına dair seminar keçirilib.
 
ONA-nın Qarabağ bürosunun xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Dövlət Yanğın Nəzarət İdarəsinin təşkil etdiyi toplantıda rayon ərazi nümayəndəliklərinin və bələdiyyə sədrləri iştirak edib.
 
Seminarın təşkil olunmasında məqsəd qarşıdan gələn dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması ilə bağlıdır.
 
Qarabağ Regional Dövlət Yanğın Nəzarət İdarəsinin əməkdaşı Elvin Hacıyev ONA-ya açıqlamasında bildirib ki, Ağdamın əsas hissəsi cəbhə xəttində yerləşdiyi üçün aidiyyəti qurumlar daha diqqətli olmalıdır: “Çünki ötən illərin təcrübəsi  göstərib  ki, ermənilər cəbhə kəndlərini atəşə tutanda yandırıcı güllələr,  yaşayış evlərinin yaxınlığında yığılmış ot bağlamalarının yanmasına və alovun qısa müddətdə tikililərə keçməsinə səbəb olur. Eyni zamanda taxıl zəmilərinin kənarlarının şumlanmaması, zəmiyə düşən alovun maneəsiz digər təsərrüfatlara keçməsinə səbəb olur”. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312625

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR