Xatirə: "Üç gündür yoldaşımla küsülüyük"

Xatirə: "Üç gündür yoldaşımla küsülüyük"
10:47 15 Yanvar 2015
236 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Xatirə İslam ailəsindən bəhs edib
Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçi harasa gedəndə həyat yoldaşı ilə bir-birlərindən icazə almadığını deyib:

“Harasa gedəndə həyat yoldaşımdan icazə almıram. Fəxrəddin soruşanda deyirəm ki, bu gün toydayam. O da gecikəndə deyir, Xatirə, bu gün gec gələcəm. Bir-birimizdən icazə almasaq da, getdiyimiz yerdən xəbərimiz olur. Bir şeyi etiraf edim: üç gündür yoldaşımla küsülüyük, danışmırıq. Uşağı götürüb ondan xəbərsiz getmişdik anamgilə. İki gündən sonra zəng etdim, amma gəlib bizi evə aparmadı ki, necə getmisən, elə də gəl. İndi xanımlar gəzmək, küçədə dolaşmaq istəyirlər. Evdar qadının evdə oturmasına normal baxıram. Otursun, uşağına baxsın, onun çöldə nə işi var? Mən müğənniyəm, sənət adamıyam, 15 ildir çöllərdəyəm, kişi kimi qadınam. Amma yenə də yoldaşımı hər şeydən xəbərdar edirəm”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/319137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR