Azərbaycan Mərkəzi Bankından inflyasiya ilə bağlı PROQNOZ

Azərbaycan Mərkəzi Bankından inflyasiya ilə bağlı PROQNOZ
15:47 26 Aprel 2019
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Mərkəzi Bankı inflyasiya ilə bağlı proqnozları sabit səviyyədə saxlayıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın proqnozlarına əsasən inflyasiya 4 faizə yaxın təşkil edəcək.

E.Rüstəmov qeyd edib ki, real sektorda həyata keçirilmiş monitorinqlər göstərib ki, tikinti sektorunda və qeyri-neft emal sənayesində inflyasiya gözləntiləri azalıb.

O əlavə edib ki, beynəlxalq maliyyə təşkilatlarının da, o cümlədən Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən ölkədə inflyasiya aşağı səviyyədə gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/750009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR