Azərbaycan Qran-prisinin keçirildiyi trekdəki problem aradan qaldırılıb

Azərbaycan Qran-prisinin keçirildiyi trekdəki problem aradan qaldırılıb
15:52 26 Aprel 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin keçirildiyi trekdəki problem aradan qaldırılıb. 
“Report” xəbər verir ki, trekdə olan 300-dən çox lyukun təkrar yoxlanılması prosesi başa çatıb. Bundan sonra “Formula 2” yarışında sıralama turuna start verilib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) isə "Formula 1" üzrə birinci sərbəst yürüş sessiyası zamanı baş vermiş insidentlə əlaqədar press-reliz yayıb. Rəsmi açıqlamada bildirilir ki, sərbəst yürüş lyukun yerindən tərpənməsi nəticəsində ləğv olunub. 
"Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq, sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır. Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birgə həmin lykun təhlükəsiz şəkildə əvəz olunması və trekdə olan bütün digər lyukların növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində işləyirik. Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən yüksək məsələdir. Trekdə olan 300-dən çox lyukun təkrar yoxlanılması prosesi aparılıb".


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-qran-prisinin-kecirildiyi-trekdeki-problem-aradan-qaldirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR