“Formula-1”: Bu pilot start xəttinə çıxmadı - Doğum günündə "sürpriz"lə üzləşdi

“Formula-1”: Bu pilot start xəttinə çıxmadı - Doğum günündə "sürpriz"lə üzləşdi
17:59 26 Aprel 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşünə qatılmayan pilotların sayı artıb.
 
ONA-nın məlumatına görə, ilk yürüşdə bolidi qəzaya uğrayan Corc Rossell kimi Daniil Kvyat da trasa çıxmayıb.
 
Doğum gününü Bakıda qeyd edən rusiyalının yarışa qatılmamaq səbəbləri açıqlanmır. Onun avtomobilinin sükanının hidravlikası ilə bağlı problemin olduğu ehtimal edilir. İlk yürüşdə də cəmi iki dövrə vurması D.Kvyatın şanslarını mənfi təsir göstərə bilər.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312657

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR