“Naxçıvan Bank”ın mənfəəti 31% artıb

“Naxçıvan Bank”ın mənfəəti 31% artıb
18:07 26 Aprel 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Naxçıvan Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 191,952 milyon manat təşkil edib.
“Report” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 28,3% çoxdur.
“Naxçıvan Bank”ın aktivlərinin 67,043 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə bankın kredit portfeli 1,6% kiçilib.
Hesabat dövründə “Naxçıvan Bank”ın cəmi öhdəlikləri 48,5% artaraq 112,607 milyon manata, o cümlədən depozit portfeli 2 dəfə artaraq 69,368 milyon manata, Bankın cəmi kapitalı isə 18,1% artaraq 79,345 milyon manata çatıb.
Bu ilin I rübündə “Naxçıvan Bank”ın faiz gəlirləri 1,512 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 8,2% çox), faiz xərcləri 120 min manat (23,7% çox), qeyri-faiz gəlirləri 708 min manat (6,8% çox), qeyri-faiz xərcləri 938 min manat (22,8% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 44 min manat (87,4% az) təşkil edib. Son nəticədə Bank rübü 1,118 milyon manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,1% çoxdur.
Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 67,83 mln. manatdır. Bankın səhmdarları adları açıqlanmayan 4 fiziki şəxsdir. 


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/naxcivan-bank-in-menfeeti-31-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR