Bu ölkədən Azərbaycana toyuq məhsulları gətirilməyəcək

Bu ölkədən Azərbaycana toyuq məhsulları gətirilməyəcək
18:48 26 Aprel 2019
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkəmizin ərazisinə başqa dövlətlərdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən Publika.az-a verilən məlumata görə ki, xəbərdarlıqda deyilir: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Çeçenistan Respublikası və Stavropol diyarı ərazisində Nyukasl xəstəliyi qeydə alınıb. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi tərəfindən Rusiya Federasiyasının Çeçenistan Respublikası və Stavropol diyarı ərazisindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb”.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Çeçenistan Respublikası ərazisində və Stavropol diyarından birbaşa və ya qeyd edilən ərazilərdən tranzit olaraq keçməklə ölkəmizə gələn nəqliyyat vasitələrinin gömrük sərhəd-buraxılış məntəqələrində dezinfeksiya edilməsi ilə əlaqədar Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/276890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR