Rusiyadan bu məhsulların idxalına məhdudiyyət qoyuldu

Rusiyadan bu məhsulların idxalına məhdudiyyət qoyuldu
18:57 26 Aprel 2019
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, xəbərdarlıqda deyilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Çeçenistan Respublikası və Stavropol diyarı ərazisində Nyukasl xəstəliyi qeydə alınıb:

"Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi tərəfindən Rusiya Federasiyasının Çeçenistan Respublikası və Stavropol diyarı ərazisindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Çeçenistan Respublikası ərazisində və Stavropol diyarından birbaşa və ya qeyd edilən ərazilərdən tranzit olaraq keçməklə Azərbaycan Respublikasının ərazisinə gələn nəqliyyat vasitələrinin gömrük sərhəd-buraxılış məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/750071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR