2-ci Avropa Oyunlarında Azərbaycandan daha bir karateçi iştirak edəcək

2-ci Avropa Oyunlarında Azərbaycandan daha bir karateçi iştirak edəcək
19:36 26 Aprel 2019
71 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

21-30 iyun tarixlərində Minskdə 2-ci Avropa Oyunlarında Azərbaycandan daha bir karateçi iştirak edəcək.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, Avropa Karate Federasiyasının (EKF) oyunlarla bağlı xüsusi göstəricilərə əsasən qərarı ilə, Rafiz Həsənov (-67 kq) öz çəki dərəcəsində mübarizə aparacaq 8 idmançı arasına daxil edilib.

Beləliklə 50 ölkədən 4000-dən artıq idmançının 15 növ üzrə mübarizə aparacağı 2-ci Avropa Oyunlarına 7 karateçimiz qatılacaq. Azərbaycanı Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Asiman Qurbanlı (+84 kq) və Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (-50 kq) və İrina Zaretska (-68 kq) təmsil edəcək.

2-ci Avropa Oyunlarının karate yarışları 29-30 iyun tarixlərində Minskin Çijovka-Arena kompleksində keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3053013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR