Donald Tramp OPEC-i qiymətləri aşağı salmağa çağırıb

Donald Tramp OPEC-i qiymətləri aşağı salmağa çağırıb
20:02 26 Aprel 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Tramp OPEC nümayəndələrindən neftin qiymətini aşağı salmaq üçün addımlar atmağı xahiş edib.
“Report” CNN-ə istinadən xəbər verir ki, bunu dövlət başçısı Ağ Evdə jurnalistlərlə görüşü zamanı bildirib.
“Yanacağın qiymətləri aşağı düşür. Mən OPEC-ə zəng vurub qiymətləri aşağı salmalısınız dedim. İndi də yanacağın qiymətləri azalır”, - deyən ABŞ Prezidenti OPEC və ya üzv dövlətlərindən məhz kiminlə söhbət etdiyini dəqiqləşdirməyib.
Xatırladaq ki, bundan əvvəl D.Tramp OPEC-i neft hasilatını artırmağa və qiymətləri bir səviyyədə saxlamamağa dəfələrlə çağırmışdı.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/donald-tramp-opec-i-qiymetleri-asagi-salmaga-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR