Məşhur qadın futbolçunu soyundurdular - VİDEO

Məşhur qadın futbolçunu soyundurdular - VİDEO
10:52 15 Yanvar 2015
152 İdman
Ölkə mətbuatı
A- A+

Ekvatorial Qvineyanın qadınlardan ibarət futbol yığmasının forvardı Jenovyeva Anyonma ölkənin Futbol Federasiyasını məhkəməyə verib.
 
Milli.Az BBC Sport-a istinadən bildirir ki, futbolçu deyib: "Afrika Futbol Konfederasiyası və milli yığmanın nümayəndələri qarşısında lüt soyunmağa vadar etdilər məni. Alçaltdılar, aşağıladılar. Halbuki indiyədək mənə heç vaxt gender testi keçməyi təklif etməmişdilər".
 
J.Anyonma meydanda rəqibə qarşı çox sərt oynadığından Afrika Futbol Konfederasiyasının mənsubları onun qadın olduğuna şübhə ediblər.
27 yaşlı futbolçu 2002-ci ildən bəri Ekvatorial Qvineya yığmasının heyətində oynayır. O, milli komandada 32 matçda meydana çıxıb, 18 qol vurub.
Jenovyeva Anyonma Almaniyanın Potsdam şəhərinin "Turbin" klubunun oyunçusudur.
 
2011-2012-ci illər mövsümündə Almaniya qadın futbol çempionatında 22 qol vurduğu üçün "Ən yaxşı bombardir" seçilən J.Anyonma elə həmin il "Afrikanın ən yaxşı qadın futbolçusu" adını almışdı.
 
Milli.Az
 
Videonu izləmək üçün şəklə klikləyin.

фото

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR