"Yasəmən natürmortu" hərraca çıxarılacaq

"Yasəmən natürmortu" hərraca çıxarılacaq
23:32 26 Aprel 2019
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Kuzma Petrov-Vodkinanın "Yasəmən natürmortu" rəsmi Londonda yerləşən "Christie's" hərracında iyunun 3-də satışa çıxarılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Yasəmən natürmortu" ilk dəfə "Christie's"in Moskvadakı nümayəndəliyində mayın ortalarında nümayiş olunacaq.

Məlumatda bildirilir ki, hər kəs dahi rus rəssamının əsəri ilə tanış ola bilər.

Əsərin 1,4-2 milyon dollara satılması güman edilir.

Hərrac evinin mətbuat katibliyindən bildirilib ki, əsər 1932-ci ildən Rusiya pavilyonlarında sərgilənib. "Yasəmən natürmortu" italyan sənətşünası Covanni Şeyvillerin şəxsi kolleksiyasından götürülüb. Bu rəsmlə 1920-1930-cu illərdə İtaliya ilə SSRİ arasında mədəni mübadilənin tarixini izləmək olar.

"Yasəmən natürmortu" Perov-Vodkinanın şəxsi palitrasında çəkilib və rəssamın koloristika sahəsində tədqiqatlarını əks etdirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/750019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR