Gəncədən Bakıya yarışa gələn idmançılar qəzaya düşdü: xəsarət alanlar var

Gəncədən Bakıya yarışa gələn idmançılar qəzaya düşdü: xəsarət alanlar var
23:59 26 Aprel 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

 
Yevlaxda baş vermiş yol qəzasında idmançılar xəsarət alıb. Hadisə zamanı "MAZ" markalı yük maşını və "Mercedes" markalı mikroavtobus toqquşub.
 
ONA-ın Mingəçevir bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində baş vermiş avtoqəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Xəsarət alan 1991-ci il təvəllüdlü Ramiz İlyaslı, 1963-cü il təvəllüdlü Təranə Paşayeva və 2006-cı il təvəllüdlü Polad Niyazlı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, mikroavtobusda xəsarət alanlar Bakıya yarışa gedən cüdoçu Gəncə sakinləridir.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312682

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR