Azərbaycan gimnastı: Dəstəyə görə tamaşaçılara təşəkkür edirəm

Azərbaycan gimnastı: Dəstəyə görə tamaşaçılara təşəkkür edirəm
02:22 27 Aprel 2019
99 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva – Trend:

Tamaşaçıların bizə breə fəal və qızğın azarkeşlik etmələri üçün öz minnətdarlığımızı bildiririk.

Bunu Trend-ə açıqlamasında Azərbaycan gimnastı Veronika Qudis deyib.

V.Qudis qeyd edib ki, doğma arenada çıxış etmək məsuliyyətlidir, lakın tamaşaçıların dəstəyi ilə həyəcan yox olur.

Qimnastımız həmçinin deyib ki, bütün alətlərlə çıxıs etməyini sevir.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib. Üç gün davam edəcək turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3053044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR