Bakıya yarışa gedən idmançılar qəzaya düşüb

Yevlaxda yol qəzası baş verib.

Metbuat.az ONA-ya istinadən xəbər verir ki, "MAZ" markalı yük maşını və "Mercedes" markalı mikroavtobus toqquşub. Bakı-Qazax magistral yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində baş vermiş avtoqəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan 1991-ci il təvəllüdlü Ramiz İlyaslı, 1963-cü il təvəllüdlü Təranə Paşayeva və 2006-cı il təvəllüdlü Polad Niyazlı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, mikroavtobusda xəsarət alanlar Bakıya yarışa gedən cüdoçu Gəncə sakinləridir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR