Bakıda tıxaca səbəb olan işıqfor

Bakıda tıxaca səbəb olan işıqfor
10:57 15 Yanvar 2015
122 Sosial
Ölkə mətbuatı
A- A+

Nərimanov rayonu ərazisindəki A.Nemətulla küçəsi ilə Xoyski prospektinin kəsişməsində işıqforun iş rejimi tıxaclara səbəb olur.

Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına oxuculardan biri məlumat verib.

Onun sözlərinə görə, Ağa Nemətulla küçəsindən "Nərimanov" tərəfə gedən yolda işıqforun yaşıl işığı 26 saniyə ərzində yanır. Prospekt tərəfdən isə 42 saniyə olur. Ancaq A.Nemətulla küçəsində nəqliyyatın hərəkəti daha intensivdir.

Oxucunun toxunduğu məsələ ilə bağlı Bakı Şəhər Yol Polisi İdarəsinin müfəttişi Elşən Rzayevlə əlaqə saxlanılıb.

Müfəttiş iddia edir ki, F.Xoyski prospektində hərəkət daha intensivdir. Ancaq oxucunun fikirləri nəzərə alınaraq yenidən araşdırma aparılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR