Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub
11:17 27 Aprel 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

"Sərhədçi" Olimpiya İdman Mərkəzində 15 yaşadək yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. 
"Report"un məlumatına görə, yarışda respublikanın müxtəlif bölgələrindən olan 464 cüdoçu mübarizə aparıb.
Üç gün davam edən ölkə birinciliyində 66 klubun yetirməsi medallar uğrunda yarışıb. Daha yaxşı nəticə göstərən "Neftçi" İdman Klubu komanda hesabında 1-ci yeri tutub. 
"UGİM - 13" klubu 2-ci, Zaqatala cüdoçuları 3-cü olub. Qalib və mükafatçılara medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim edilib. 




Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/yeniyetme-cudocular-arasinda-azerbaycan-birinciliyine-yekun-vurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR