Yaponiya imperatoruna "XƏBƏRDARLIQ" - Nəvəsinin partasına iki bıçaq qoyuldu

Yaponiya imperatoruna "XƏBƏRDARLIQ" - Nəvəsinin partasına iki bıçaq qoyuldu
11:24 27 Aprel 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyada xüsusi geyimli naməlum şəxs imperator Akihitonun yeganə nəvəsi və taxtın gələcək varisi, şahzadə Hisahitonun məktəb partasına iki bıçaq qoyub.
 
ONA xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. 
 
Bildirilir ki, Yaponiyada iki bıçaq gizli təhlükəni və nifrəti simvolizə edir. 
Polisin verdiyi məlumata görə, ötən gün dəbilqəli və göy paltarlı naməlum şəxs məktəbə daxil olub. Hadisə ilə bağlı araşdırma aparılır. 
 
Qeyd edək ki, gələn həftə Yaponiyada yeni imperator taxta çıxacaq. 85 yaşlı Akihito yaşını səbəb gətirərək, aprelin 30-da könüllü şəkildə taxtdan əl çəkəcək. Taxta onun böyük oğlu, 59 yaşlı Naruhito çıxacaq.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312708

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR