Bakıda bədii gimnastika üzrə Dünya kubokunu Azərbaycanın hər guşəsindən izləməyə gələnlər - FOTO

Bakıda bədii gimnastika üzrə Dünya kubokunu Azərbaycanın hər guşəsindən izləməyə gələnlər - FOTO
16:42 27 Aprel 2019
26 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kuboku yarışlarını izləyənlər arasında Azərbaycanın müxtəlif bölgələrindən tamaşaçılar da görmək mümkündür. Bu, bir daha bu idman növünə olan böyük marağı ifadə edir.

Qeyd edək ki, 26-28 aprel tarixlərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Ötən gün Z.Ağamirova halqa ilə hərəkətlərdə 19.800 xal toplayaraq həmin alət üzrə final mərhələsinə vəsiqə qazanıb.

Milli.Az Trend-ə istinadən Azərbaycanın müxtəlif bölgələrindən Bakıya yarışları izləməyə gələnlərin fotolarını təqdim edir:

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/750290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR