Konfetin içində tiryək keçirilmək istədi - Cəhdin qarşısı alınıb

Konfetin içində tiryək keçirilmək istədi - Cəhdin qarşısı alınıb
17:24 27 Aprel 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

Valideynləri tərəfindən məhkuma gətirilən sovqatın içindən narkotik maddə aşkar olunub.
 
Penitensiar Xidmətin ictimai əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
 
Cinayət Məcəlləsinin 234.1; 69.3-cü (qanunasuz olaraq narkotik maddələri hazırlama, saxlama və ya satma) maddələrinə əsasən 2 il 3 ay 13 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rahmanov Pərviz Rövşən oğlu ilə qısamüddətli görüşə gələn Salyan şəhər sakinləri atası Rahmanov Rövşən Nəsir oğlu və anası Rahmanova Vüsalə Malik qızı tərəfindən gətirilmiş sovqata və üzərlərinə baxış keçirilən zaman orada olan konfetlərin arasında gizlədilən bir ədəd bükülüdə 0,192 qram tiryək aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312756

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR