İranda ruhani güllələndi - Polis qatili axtarır

İranda ruhani güllələndi - Polis qatili axtarır
19:14 27 Aprel 2019
36 Digər
Ölkə mətbuatı
A- A+

İranın Həmədan vilayətinin eyniadlı şəhərinin Axund məhəlləsində bir ruhani odlu silahla qətlə yetirilib. 

Bunu İranın Həmədan vilayəti hüquq-mühafizə orqanının rəisi Bəxşəli Kamrani Saleh deyib.  B.K.Salehin sözlərinə görə, "Peugeot 206" markalı avtomobilin sərnişinlərindən biri avtomobildən düşərək odlu silahdan atəş açıb. Nəticədə 46 yaşlı ruhani ölüb.  Qatil dərhal hadisə yerini tərk edib.  Polis qatili tapmaq üçün axtarış əməliyyat tədbirlərini davam etdirir.

 

 

(Trend)


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312766

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR