Uşaqlara nə vaxt kalsium dərmanları vermək olar?

Uşaqlara nə vaxt kalsium dərmanları vermək olar?
20:22 27 Aprel 2019
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Son zamanlar uşaqlara kalsium yazılmasının geniş tətbiqini müşahidə edirik. Hər əmgəyi böyük olan, çox tərləyən, ayağı əyri olan, dişi gec çıxan uşağa kalsium təyin edilir. Əslində isə bu düzgün deyil".

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr, uzman həkim Altay Abdullaoğlu bildirib: "Çünki kalsium azlığına az rast gəlinir. Təbii ki, şikayət varsa qandan analiz verilməlidir. Qanda kalsiuma, ionlaşmış kalsiuma, fosfora, vitamin D-yə baxılmalıdır. Əgər əskiklik olarsa, həkim tərəfindən bu preparat təyin oluna bilər. Ancaq analiz vermədən, bilmədən profilaktik kalsium verilməsi düzgün deyil".

Həkim qeyd edib ki, nadir olan özəl durumlarda (məsələn, üçün inək südünə qarşı allergiyası olan, süd məhsulları qəbul etməyən uşaqlarda kalsium azlığı olur) profilaktik olaraq kalsium təyin edilir. Profilaktik olaraq D vitamini uşaqlara verilə bilər, ancaq kalsiumun profilaktik verilməsi zamanı diqqətli olmaq lazımdır. Çünki yersiz verilən kalsium dərmanları uşaqlarda böyrək daşlarının yaranmasına gətirib çıxara bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/748724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR