“Tottenhem” öz meydanında məğlub olub, "Everton" səfərdə xal itirib - VİDEO

“Tottenhem” öz meydanında məğlub olub, "Everton" səfərdə xal itirib - VİDEO
23:24 27 Aprel 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

 
İngiltərə Premyer Liqasında XXXVI turun növbəti matçları keçirilib.
 
ONA-nın məlumatına görə, ikinci oyun günündə altı qarşılaşma keçirilib.
 
“Tottenhem” öz meydanında “Vest Hem”ə uduzaraq mükafatçılar sırasına düşmək şanslarını təhlükəyə atıb. 
“Vulverhempton” turnir cədvəlindəki qonşusu “Uotford”u məğlubiyyətə uğradıb. “Fulhem” “Kardiff”lə görüşdə qələbəyə sevinib. Digər üç oyunda isə heç-heçə qeydə alınıb. “Sauthempton” – “Bornmut”, “Kristal Pelas” – “Everton” və “Brayton” – “Nyukasl” cütlərində komandalar hərəyə 1 xal əldə ediblər.
 
Qeyd edək ki, turun digər oyunları aprelin 28-də keçiriləcək.
 
İngiltərə Premyer Liqası
27 aprel
XXXVI tur
“Tottenhem” – “Vest Hem”  0:1
Antonio, 67
“Kristal Pelas” – “Everton” – 0:0
“Fulhem” – “Kardiff” – 1:0
Babel, 79
“Uotford” – “Vulverhempton” – 1:2
Qrey, 49 – Ximenes, 41, Jota, 77
“Brayton” – “Nyukasl” – 1:1
Qross, 75 – Peres, 18
“Sauthempton” – “Bornmut” – 3:3
Lonq, 12, Prous, 55, Target, 67 – Qoslinq, 20, Vilson, 32, 86


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312781

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR