Lyubov Çerkaşina: Bakıda keçirilən yarışlardan yalnız xoş təəssüratlar var

Lyubov Çerkaşina: Bakıda keçirilən yarışlardan yalnız xoş təəssüratlar var
23:27 27 Aprel 2019
26 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən yarışlardan yalnız xoş təəssüratlar var.

Milli.Az bildirir ki, bunu Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının İdmançılar Komissiyasının sədri, bədii gimnastika üzrə Belarus milli komandasının məşqçisi Lyubov Çerkaşina deyib.

O bildirib ki, Bakı doğma ev kimidir:

"Bakıda təşkilatçılıq ən yüksək səviyyədə olur. Gimnastlar bilirlər ki, hər şey necə təşkil olunub, hər şey çox rahatdır. Ona görə də heç kim şübhə etmir ki, Bakıda dünya və Avropa çempionatları da əla keçəcək".

Öz yetirmələrinin çıxışından danışan L.Çerkaşina bildirib ki, gimnastların çıxışından həmişə razı qalan məşqçi yaxşı məşqçi deyil.

O qeyd edib ki, Bakıda eyni zamanda digər vacib tədbir - Formula 1 yarışı keçirilir:

"Həqiqətən də təəccüblənirəm ki, siz bütün bunları necə təşkil edirsiniz. Formua 1-i şəhərin mərkəzində keçirmək fantastikadır".

Azərbaycanda gimnastikanın inkişafından danışan L.Çerkaşina qeyd edib ki, mövcud sistem öz müsbət nəticələrini verir:

"Azərbaycan Gimnastika Federasiyasına yalnız uğurlar arzulayıram. Qoy onların fəaliyyəti gimnastikanın inkişafı ilə bağlı digərlərinə nümunə olsun".

Qeyd edək ki, 26-28 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/750355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR