Dünyanın ən yüksəkdə yerləşən avtomobil tuneli istifadəyə verildi

Dünyanın ən yüksəkdə yerləşən avtomobil tuneli istifadəyə verildi
13:57 28 Aprel 2019
127 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin Tibet muxtar regionunda dəniz səviyyəsindən 4750 metr yüksəklikdə, dağlıq ərazidə avtomobil tuneli istifadəyə verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, dünyada ən yüksək ərazidə yerləşən avtomobil tunelidir. Bölgənin inzibati mərkəzi olan Lhasa şəhəri ilə Nyinqçi şəhərini birləşdirən magistral yolun üzərində yerləşən tunelin uzunluğu 5,7 kilometrdir. Mila dağında ikizolaqlı avtomobil yolunun keçdiyi tunelin inşasına 2015-ci ildə başlanılıb. Çətin relyefdə və ağır hava şəraitində aparılmış tikinti işlərinə 3 mindən çox inşaatçı cəlb olunub.

Tunelin istifadəyə verilməsi ilə həmin yolda hərəkət edən sürücülər məsafəyə və vaxta qənaət edəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/750415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR