İslamçı lider: "Onların qətlinə biz fərman verdik" - VİDEO - FOTO

İslamçı lider: "Onların qətlinə biz fərman verdik" - VİDEO - FOTO
11:05 15 Yanvar 2015
115 Dünya
Ölkə mətbuatı
A- A+

Beynəlxalq "Əl Qaida" terror təşkilatının Yəməndəki bölməsi olan "Ərəbistan yarımadasında Əl Qaida" (Al-Qaeda in the Arabian Peninsula, AQAP) terror qruplaşması Parisdəki "Charlie Hebdo" satirik jurnalına hücumun təşkilatçısı olduğunu bəyan edib.
 
AQAP lideri Nəsr əl Ənsinin videomüraciətində də bu fakt təsdiqlənib.
 
Milli.Az bildirir ki, "Charlie Hebdo" jurnalına hücum edən Şərif və Səid Kuaşi qardaşlarını "İslam mücahidləri, qəhrəmanlar" adlandırıb: "Onlar Hz.Məhəmmədi aşağılamağa çalışanları cəzalandırdılar. Fransa şeytana satılmış ölkədir. Bu ölkədə hadisələr indiki kimi davam edərsə, qisas və intiqam aktları yenə davam edə bilər. İslamı təhqir edənlərin qətlinə biz fərman verdik və bunu söyləyirəm".
 
Milli.Az
 







Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR