İmişlidə yol qəzası nəticəsində 3 nəfər yaralanıb

İmişlidə yol qəzası nəticəsində 3 nəfər yaralanıb
16:52 28 Aprel 2019
98 Digər
Ölkə mətbuatı
A- A+

İmişli rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Mil-Muğan bürosunun məlumatına görə, qəza saat 15:00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun İmişli rayonun Xubyarlı kəndindən keçən hissəsində olub.
Bərdə sakini Qədirov Ceyhun Şakir oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil İmişli rayon Xubyarlı kənd sakini Mustafayev Elnur Valeh oğlunun sükanı arxasında olduğu "Mercedes"lə toqquşub. Hər iki sürücü və "Mercedes"də olan sərnişin Məmmədov Füzuli Sədrəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-mislide-yol-qezasi-neticesinde-3-nefer-yaralanibrg6uyn

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR