Bakıda yataqxanada yanğın olub, sakinlər təxliyə edilib

Bakıda yataqxanada yanğın olub, sakinlər təxliyə edilib
16:55 28 Aprel 2019
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Binəqədidə yataqxanada yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 36 kv.m olan 2 otaqlı mənzilin 1 otağında çarpayı və yataq dəsti yanıb.

Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3053730.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR