Səfir: "Azərbaycan Gimnastika Federasiyası bütün yarışları çox yüksək səviyyədə təşkil edir"

Səfir: "Azərbaycan Gimnastika Federasiyası bütün yarışları çox yüksək səviyyədə təşkil edir"
17:12 28 Aprel 2019
31 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Gimnastika Federasiyası bütün yarışları çox yüksək səviyyədə təşkil edir.

Milli.Az bildirir ki, bunu Trend-ə Çexiyanın Bakıdakı səfiri Milan Ekert deyib.

O qeyd edib ki, Bakıda gimnastika yarışlarını böyük məmnuniyyətlə izləyir: "Eyni zamanda həm idmana, həm də incəsənətə baxmaq çox maraqlıdır".

Ötən ilin sentyabrından Bakıda səfir işlədiyini deyən M.Ekert Azərbaycan haqqında təəssüratlarını da bölüşüb: "Çox maraqlı ölkəniz var. Azərbaycanda 9 iqlim zonası olduğu üçün çoxları sizə paxıllıq edir. Burada Çexiyada çatışmayan dəniz var. Buna görə də mən özümü Bakıda həm işdə, həm də məzuniyyətdə hiss edirəm".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü - sonuncu yarış günü başlayıb. Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilir.

Aprelin 26-dan start götürən turnirdə ümumilikdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/750473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR