"Formula-1": Daniel Rikkardo qəza edib, 2 pilot mübarizəni dayandırdı

"Formula-1": Daniel Rikkardo qəza edib, 2 pilot mübarizəni dayandırdı
17:29 28 Aprel 2019
99 Digər
Ölkə mətbuatı
A- A+

 
"Formula-1" üzrə SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib. 
 
ONA-nın məlumatına görə, Bakıda keçirilən mövsümün dördüncü mərhələsində Daniel Rikkardo (“Reno”) ilə Daniil Kvyatın (“Toro Rosso”) bolidi toqquşub. 
 
Döngədə səhvə yol verən "Reno"nun pilotu səddə dəydikdən sonra rusiyalının maşına toxunub və boksa yollanıb. O, bununla yarışı vaxtından əvvəl başa vurub. 
D. Rikkardonun cəzalanması gözlənilir. 
 
Onun ardınca Kvyat da yarışı dayandırıb. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312824

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR