SOCAR Azərbaycan Qran-prisində yarış zamanı ilk qəza baş verib

SOCAR Azərbaycan Qran-prisində yarış zamanı ilk qəza baş verib
17:37 28 Aprel 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində yarış zamanı ilk qəza baş verib.
“Report” xəbər verir ki, “Renault”un pilotu Daniel Rikkardo 2-ci döngədə “Toro Rosso”dan Daniil Kvyatı keçmək istəyən zamanı hər iki sürücü yoldan çıxıb.
Həmin anda bolidlər arasında təmas baş verməyib. Lakin Rikkardo geri gedən zaman Kvyatın bolidini vurub. Qəzaya rəğmən, hər iki pilot yollarına davam edə biliblər. Ancaq bir qədər sonra hər iki pilot boksa getməli olub.
SOCAR Azərbaycan Qran-prisi saat 16:10-da start götürüb. 10 komandanı təmsil edən 20 pilot Bakı Şəhər Halqasında 51 dövrə vuracaqlar və 306,049 km məsafəni geridə qoymaqla qalibi müəyyənləşdirəcəklər.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/socar-azerbaycan-qran-prisinde-yaris-zamani-ilk-qeza-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR