"Formula-1": SOCAR Azərbaycan Qran-prisi Valtteri Bottasın qələbəsi ilə yekunlaşdı

"Formula-1": SOCAR Azərbaycan Qran-prisi Valtteri Bottasın qələbəsi ilə yekunlaşdı
17:54 28 Aprel 2019
29 Digər
Ölkə mətbuatı
A- A+

 
"Formula-1" üzrə SOCAR Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib. 
 
ONA-nın məlumatına görə, Bakıda keçirilən mövsümün dördüncü mərhələsində "Mercedes" komandasının pilotu Valtteri Bottas birinci yeri tutub. 
 
Bu, finlandiyalının karyerasında qazandığı 5-ci Qran-pri qələbəsi olub. 
İkinci yeri onun komanda yoldaşı Luis Hamilton, üçüncü yeri "Ferrari"dən Sebastyan Fettel tutub. 
 
Finişə isə 20 pilotdan 16-sı çatıb. Beləliklə, 3 gün davam edən yarışa yekun vurulub. 
 
Qeyd edək ki, 2016-cı ildə Avropa Qran-prisinin (həmin vaxt belə adlanırdı) birincisi "Mercedes"in pilotu Niko Rosberq olub. Azərbaycan Qran-prisi adlandıqdan sonra növbəti 2 ildə isə müvafiq olaraq, "Red Bull"dan Daniel Rikkardo və "Mercedes"dən Luis Hamilton qalib adınına yiyələnib. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312825

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR