Naxçıvan Batuminin şəhər gününə həsr olunmuş tədbirlərdə təmsil olunub

Naxçıvan Batuminin şəhər gününə həsr olunmuş tədbirlərdə təmsil olunub
18:22 28 Aprel 2019
94 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) paytaxtı Batumiyə şəhər statusunun verilməsinin 131-ci ildönümünə həsr olunmuş “Batumoba 2019” bayramı qeyd olunub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bayram tədbirlərində Azərbaycan, Ukrayna, Latviya, Polşa, İsrail, Çin, Belarus, Ermənistan, TürkiyəMisirdən olan nümayəndə heyətləri iştirak ediblər.
Şəhər günü ilə əlaqədar əsas tədbirlər Batumi bulvarında təşkil olunub. Bulvar ərazisində Batumi ilə qardaşlaşmış şəhərlərin guşələri yaradılıb.
Azərbaycanı tədbirdə Naxçıvan MR-in rəsmi şəxsləri təmsil ediblər. Batumi bulvarında Naxçıvan şəhərində yerləşən Azərbaycanın qədim memarlıq nümunələrindən biri olan Möminə Xatun türbəsinin maketi quraşdırılıb.
Bayram tədbirlərində iştirak edən Acarıstan MR-in hökumət başçısı Tornike Rijvadze və Batumi meri Laşa Komaxidze Naxçıvan MR-in guşəsi ilə tanış olublar.
“Batumoba 2019” bayramı çərçivəsində müxtəlif mədəni və əyləncəli tədbirlər, yarmarka, sərgi, idman yarışları, kino nümayişləri və konsertlər keçirilib. Tədbirlərə Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də qatılıblar.
Qeyd edək ki, 2012-ci ildə Azərbaycanın Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında qardaşlıq və əməkdaşlığa dair memorandum imzalanıb.







Xəbərin orijinal ünvanı: https://report.az/turizm/naxcivan-batuminin-seher-gunune-dair-tedbirlerde-temsil-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR