Bakıda Formula 1 həyəcanını, azarkeş ruhunu əks etdirən FOTOLAR

Bakıda Formula 1 həyəcanını, azarkeş ruhunu əks etdirən FOTOLAR
18:22 28 Aprel 2019
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisi yekunlaşıb.

Trend-in məlumatına görə, "Mercedes" komandasının pilotu finlandiyalı Valtteri Bottas Formula 1 Azərbaycan Qran Prisinin qalibi olub. İkinci yeri onun komanda yoldaşı Lyuis Hemilton, üçüncü yeri isə Sebastian Fettel ("Ferrari") tutub.

Ümumilikdə şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışıb. 51 dövrədən sonra finiş xəttini 16 pilot keçib.

Qeyd edək ki, Azərbaycanda bu mötəbər yarışa tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər ediblər.

Trend paytaxt sakinlərinin, eləcə də qonaqların Formula 1 həyəcanını, azarkeş ruhunu əks etdirən fotoları təqdim edir:

FOTO - Zaur Mustafayev

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3053762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR